Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb Ötən ay Azərbaycandan Gürcüstana 6,03 mln ABŞ dolları həcmində pul köçürülüb.
Maliyyə
14 Avqust , 2020 11:32
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb
0 : 00
0 : 00

Ötən ay Azərbaycandan Gürcüstana 6,03 mln ABŞ dolları həcmində pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

İyulda qonşu ölkəyə xaricdən daxil olan pul köçürmələrinin 3,19%-i  Azərbaycanın payına düşüb. Azərbaycandan Gürcüstana həyata keçirilən pul köçürmələrinin məbləğində illik müqayisədə 2,9 dəfə artım qeydə alınıb.

Gürcüstandan Azərbaycana isə pul köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 mln dollar artaraq 1,5 mln dollara bərabər olub.

Hesabat ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 188,7 mln dollar pul köçürülüb ki, bu da illik müqayisədə 22,1% çoxdur.

Gürcüstandan digər ölkələrə pul köçürmələrinin həcmi isə 22,2 mln dollara (15,6% artım) bərabər olub.

Son xəbərlər

Orphus sistemi