​Azərbaycanda maliyyə sektoruna investisiyalar kəskin azalıb

​Azərbaycanda maliyyə sektoruna investisiyalar kəskin azalıb Bu il maliyyə sektoruna cəmi 200 min manat sərmayə qoyulub
Maliyyə
28 İyun , 2016 15:13
​Azərbaycanda maliyyə sektoruna investisiyalar kəskin azalıb

Bakı. 28 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 0,2 mln. manatı və ya 0,004%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub. Ötən ilin eyni dövründə isə bu göstərici 17,8 mln. manat və ya 0,3% təşkil edib.

"Report"un rəsmi statistik rəqəmlərə istinadan xəbər verir ki, bu sahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma müşahifə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən sərmayə qoyuluşunun həcmi 89,7% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 388,8 mln. manat vəsait yönəldilib, onun 4 591,1 mln. manatı və ya 85,2 %-i məhsul istehsalı obyektləri, 601,5 mln. manatı və ya 11,2%-i xidmət sahələri üzrə obyektlər, 196,2 mln. manatı və ya 3,6%-i isə ümumi sahəsi 554,5 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 22,7%-i dövlət, 77,3%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Son xəbərlər

Orphus sistemi