Azərbaycan və Gürcüstan arasında pul köçürmələri artıb

Azərbaycan və Gürcüstan arasında pul köçürmələri artıb Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 16,9 milyon ABŞ dolları köçürülüb.
Maliyyə
15 İyul , 2020 12:38
Azərbaycan və Gürcüstan arasında pul köçürmələri artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 16,9 milyon ABŞ dolları köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici Gürcüstan Milli Bankının hesabatında əks olunub.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə göndərilən pul vəsaitlərinin həcmində 7 milyon dollar və yaxud 70,7% artım qeydə alınıb.

İlin ilk yarısında Gürcüstandan Azərbaycana isə 7,2 milyon ABŞ dolları pul köçürmələri həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə məbləğin həcmi 0,8 milyon ABŞ dolları və ya 12,5% artıb. 

Son xəbərlər

Orphus sistemi