​Azərbaycan Koreyadan fond birjası üçün ticarət sistemi alıb

​Azərbaycan Koreyadan fond birjası üçün ticarət sistemi alıb Bağlanan müqavilənin dəyəri 4,7 mln. manat təşkil edir
Maliyyə
10 Dekabr , 2015 12:28
​Azərbaycan Koreyadan fond birjası üçün ticarət sistemi alıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Koreya Fond Birjasından aldığı ticarət sistemini növbəti ilin aprel-may aylarında istismara buraxacaq. "Report"un veridiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Bəxtiyar Əzizov bu gün Komitədə KİV üçün keçirilən "Açıq qapı günü" zamanı bildirib.

"Tender nəticəsində yeni ticarət sisteminin alınmasına nail olmuşuq. Gələn həftə Koreyadan geniş heyət gələcək, işlər davam etdiriləcək", - deyə B.Əzizov qeyd edib.

O bildirib ki, Koreya dünyada ən güclü fond birjasına malikdir və bu səbəbdən onların texniki imkanlarından istifadə Azərbaycan üçün olduqca uğurlu addımlardandır.

B.Əzizovun sözlərinə görə, Koreya Fond Birjası ilə ticarət sisteminin alınmasına dair bağlanan müqavilənin həcmi 4,7 mln. manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi