Azərbaycan bankı IFC ilə yeni müqavilə imzalayıb

Azərbaycan bankı IFC ilə yeni müqavilə imzalayıb Turan Bank ASC Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) hazırladığı, fermerlərin kredit ödəmə qabiliyyətini qiymətləndirməyə imkan verən Nağd Vəsait Axınları ilə Əlaqələndirilmiş Kənd Təsərrüfatı Risklərinin Qiymətləndirilməsi (CLARA) sistemindən istifadə edəcək.
Maliyyə
30 İyun , 2020 10:25
Azərbaycan bankı IFC ilə yeni müqavilə imzalayıb

"Turan Bank" ASC Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) hazırladığı, fermerlərin kredit ödəmə qabiliyyətini qiymətləndirməyə imkan verən Nağd Vəsait Axınları ilə Əlaqələndirilmiş Kənd Təsərrüfatı Risklərinin Qiymətləndirilməsi (CLARA) sistemindən istifadə edəcək. 

"Report" bu barədə Banka istinadən xəbər verir. 

Məlumata görə, bu məqsədlə "Turan Bank" IFC ilə yeni müqavilə imzalayıb. 

CLARA nağd vəsait axınlarının proqnoz hesablamaları vasitəsilə risklərin qiymətləndirilməsi və kreditləşdirmə proseslərini avtomatlaşdıraraq fermerlərin maliyyə resurlarına çıxışını asanlaşdırmağa kömək edir. Bu fəaliyyət, IFC-nin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi çərçivəsində həyata keçirilən layihənin bir hissəsidir.

"Bu müqavilə çərçivəsində tətbiq edilməsi planlaşdırılan yeni sistem, Bankın strateji kursuna uyğun olaraq və onun ölkədə kənd təsərrüfatının inkişafına böyük önəm verdiyini nəzərə alaraq, Azərbaycanın bütün bölgələrində sahibkarlığın inkişafına yönəldiləcək", - deyə Bankın açıqlamasında qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi