Asiya İnkişaf Bankı ADIF-ə texniki dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirir

Asiya İnkişaf Bankı ADIF-ə texniki dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirir Bakı. 23 may. REPORT.AZ/ Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) qurumun icraçı direktorunun müavini Vüqar Abdullayevlə Asiya İnkişaf Bankının (ADB) ölkə proqramı və tematik qiymətləndirmə üzrə mütəxəssisi Hayme Haramillo-Vallexonun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Maliyyə
23 May , 2018 16:27
Asiya İnkişaf Bankı ADIF-ə texniki dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirir
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) qurumun icraçı direktorunun müavini Vüqar Abdullayevlə Asiya İnkişaf Bankının (ADB) ölkə proqramı və tematik qiymətləndirmə üzrə mütəxəssisi Hayme Haramillo-Vallexonun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

"Report" Fonda istinadən xəbər verir ki, görüşdə əmanətlərin sığortalanması sistemində aparılan islahatlar, ləğvetmə prosesinin daha səmərəli, şəffaf və çevik keçirilməsi istiqamətində görülən işlər, Fondun təşkilati strukturunun optimallaşdırılması, qorunan əmanətlər üzrə ödənişlərin ilk dəfə olaraq nağdsız qaydada ödənilməsi, "Elektron hökumət" portalında göstərilən elektron xidmət, mərkəzləşdirilmiş informasiya sisteminin qurulması üzrə aparılan işlər, bankların ləğvetmə prosesi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi qeyd edilib.

Eyni zamanda ADB-nin Bankının texniki dəstək göstərə biləcəyi sahələrin müəyyənləşdirilməsi məqsədilə müzakirələr və dəyərləndirilmələr aparılıb.

Son xəbərlər

Orphus sistemi