ARPA Vergilər və Maliyyə nazirlikləri ilə memorandum imzalayıb

ARPA Vergilər və Maliyyə nazirlikləri ilə memorandum imzalayıb Bakı. 6 iyun REPORT.AZ/ Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Vergilər və Maliyyə nazirlikləri ilə memorandum imzalayıb.
Maliyyə
6 İyun , 2018 16:42
ARPA Vergilər və Maliyyə nazirlikləri ilə memorandum imzalayıb
Report

Bakı. 6 iyun REPORT.AZ/ Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Vergilər və Maliyyə nazirlikləri ilə memorandum imzalayıb.

"Report" xəbər verir ki, bunu ARPA-nın baş icraçı direktoru Əli Bayramov deyib.

Ə.Bayramovun sözlərinə görə, tezliklə Maliyyə Nazirliyi ilə birlikdə mühasiblər üçan açıq qapı günü elan ediləcək.

ARPA rəsmisi həm də Dövlət İmtahan Mərkəzi (DİM) ilə də əməkdaşlıq etmək niyyətində olduqlarını açıqlayıb. DİM-in keçirdiyi imtahanlar üçün sualların tərtibində ARPA iştirak etmək niyyətindədir:

"Biz ölkəmizdə keçirilən islahatlarda iştirak edib bu sahəyə töhfə vermək niyyətindəyik. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə də danışıqlar aparırıq və düşünürük ki, onlarsız "Mühasibat uçotu haqqında" qanunun icrası mümkün deyil".

Ə.Bayramov qeyd edib ki, yeni qanunla bağlı artıq dövlət qurumları arasında bölgülər aparılıb və təkliflərin hazırlanması üçün son vaxt müəyyən edilib:

"Biz ARPA olaraq üzvlərimizə üzvlük sertifikatını verəcəyik. Amma peşəkar mühasiblik imtahanını və peşəkar mühasib sertifikatını DİM verəcək".

Son xəbərlər

Orphus sistemi