AMB-nin not hərracında tələb təklifi 3,3 dəfə üstələyib

AMB-nin not hərracında tələb təklifi 3,3 dəfə üstələyib Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101267S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
28 Mart , 2018 17:07
AMB-nin not hərracında tələb təklifi 3,3 dəfə üstələyib
Report

Bakı. 28 mart. REPORT.AZ/  Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101267S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un birjaya istinadən verdiyi xəbərə görə, hərraca 18 investor qiyməti 99,3812 manat (8,01%) olan 23 sifariş təqdim edib. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 822 428 000 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 manat (8,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000 manat təşkil edib.

Notların ödəmə tarixi 25 aprel 2018-ci ildir. 

Son xəbərlər

Orphus sistemi