Aİ və ​ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini tezləşdirmək istəyir

Aİ və ​ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini tezləşdirmək istəyir Müttəfiqlər Rusiya banklarını, hətta beynəlxalq ödəniş sistemi olan SWIFT-dən çıxara bilərlər
Maliyyə
19 İyun , 2015 04:59
Aİ və ​ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini tezləşdirmək istəyir

Bakı. 19 iyun. REPORT.AZ/ "ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini tezləşdirmək istəyir. Onlar, hətta Rusiya banklarını beynəlxalq ödəniş sistemi olan SWIFT-dən çıxara biləcəklərini bildiriblər. Amma bu, ən kritik qərar kimi son ana saxlanılıb. Gələcəkdə tətbiq ediləcək hər hansı sanksiya Rusiyaya ABŞ və ya Aİ-yə üzv ölkələrlə müqayisədə daha ağır zərbə vurmalı və asan həyata keçərək səmərəli olmalıdır".

"Report"un məlumatına görə, bu barədə "Associated Press" agentliyi yazıb.

Yeni sanksiyalar çərçivəsində Rusiyanın maliyyə və energetika sisteminə məhdudiyyətlər qoyulması nəzərdə tutulub. Agentlik Qərbin Rusiyanın yardımı ilə separatçıların Xarkov və Mariupol şəhərlərinə hücum edəcəyindən ehtiyat etdiyini qeyd edib. ABŞ Prezidenti Administrasiyasında Aİ ilə sanksiyaların razılaşdırma prosesinin hər dəfə çox uzandığı və 28 ölkə ilə məsləhətləşmələr aparılmasının sanksiyaların tətbiqini gecikdirdiyi vurğulanıb və sanksiyaların daha əvvəlcədən Aİ ilə razılaşdırılması planı önə çəkilib. ABŞ Rusiya iqtisadiyyatının dağ-mədən və maşınqayırma kimi yeni sektorlarına sanksiyaların tətbiqi fikrini irəli sürüb.

Qeyd edək ki, 17 iyun 2015 tarixində Aİ ölkələri Rusiyaya qarşı sanksiyaları 2016-cı ilin yanvar ayına qədər uzatmaq planını razılaşdırıb və bu qərarın 21-22 iyun tarixlərində Aİ ölkələri xarici işlər nazirləri tərəfindən Lüksemburq görüşündə təsdiq ediləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi