ABŞ milyarderləri 565 milyard dollarlıq var-dövlət əldə edib

ABŞ milyarderləri 565 milyard dollarlıq var-dövlət əldə edib Amerikalı milyarderlər martın 18-dən, yəni ABŞ-da koronavirusun yayılmağa başlamasından indiyədək sərvətlərini ümumilikdə 565 milyard ABŞ dolları artırıb. Bu, pandemiyaya qədər qeydə alınan rəqəmlərdən 19,15% çoxdur.
Maliyyə
5 İyun , 2020 13:05
ABŞ milyarderləri 565 milyard dollarlıq var-dövlət əldə edib

Amerikalı milyarderlər martın 18-dən, yəni ABŞ-da koronavirusun yayılmağa başlamasından indiyədək sərvətlərini ümumilikdə 565 milyard ABŞ dolları artırıb. Bu, pandemiyaya qədər qeydə alınan rəqəmlərdən 19,15% çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın “Institute for Policy Studies” (Siyasi Tədqiqatlar İnstitutu) qeyri-hökumət təşkilatının iyunun 4-də dərc olunan hesabatında yer alan məlumatlar göstərir.

Söhbət ilk növbədə fəaliyyəti birbaşa pandemiya dövründə tələbatın kəskin artdığı elektron ticarət və internetdə xidmətlər göstərilməsi ilə bağlı olan şirkətlərin sahibləri və təsisçilərindən gedir. Bu ana qədər amerikalı milyarderlərin ixtiyarında olan vəsaitin ümumi həcmi 3,5 trilyon ABŞ dolları təşkil edir. Bununla yanaşı, ekspertlər sərvətini demək olar üç aya 10 milyard ABŞ dollarından çox artırmağı bacaran bir sıra varlı insanları xüsusilə vurğulayıblar.

Bunlar arasında “Amazon” şirkətinin direktoru Ceff Bezos və onun keçmiş həyat yoldaşı Makkenzi Bezos da var. Onlar müvafiq olaraq 36,2 və 12,6 milyard ABŞ dolları həcmində varlanıblar. 

“Facebook”un rəhbəri Mark Zukerberq maliyyə vəziyyətini 30,1 milyard ABŞ dolları, “Tesla” və “SpaceX” şirkətinin direktoru İlon Mask 14,1 milyard ABŞ dolları, “Google”un qurucuları Sergey Brin Larri Peyc isə müvafiq olaraq 13,9 və 13,7 milyard ABŞ dolları artırıb. 

“Microsoft”un qurucusu Bill Geyts sərvətini 11,8 milyard, korporasiyasının keçmiş icraçı direktoru Stiv Balmer isə 13,3 milyard ABŞ dolları artırıb. Sahibkar və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq 12,1 milyard ABŞ dolları sərvət qazanıb, “Nike” idman geyimləri şirkətinin yaradıcılarından biri olan Fil Nayt isə 11,6 milyard ABŞ dolları həcmində varlanıb.

Hesabatı tərtib edənlər həmçinin qeyd ediblər ki, pandemiya adi amerikalıların rifahına son dərəcə mənfi təsir göstərib. Müəlliflər ABŞ Əmək Nazirliyinin daha əvvəl yayımladığı məlumatları əsas gətirərək, ölkədə son 11 həftə ərzində işsizlik müavinətləri üçün ilkin müraciətlərin sayının 42 milyonu keçdiyini önə çəkib.

Son xəbərlər

Orphus sistemi