ABŞ-da vergini kriptovalyutada da ödəmək mümkün olacaq

ABŞ-da vergini kriptovalyutada da ödəmək mümkün olacaq Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ-ın ən önəmli ştatlarından biri olan Arizonada, Senat vergilərin kriptovalyutada ödənilməsinə dair qanun qəbul edib. Report Haberler saytına istinadən xəbər verir ki, bu, ABŞ tarixində ilk dəfə baş verir.
Maliyyə
12 Fevral , 2018 12:58
ABŞ-da vergini kriptovalyutada da ödəmək mümkün olacaq

Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ-ın ən önəmli ştatlarından biri olan Arizonada, Senat vergilərin kriptovalyutada ödənilməsinə dair qanun qəbul edib. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu, ABŞ tarixində ilk dəfə baş verir.

Qeyd edək ki, Böyük Kanyon turizm bölgəsinə hər il milyonlarla turist qəbul edən Arizona ABŞ-ın ən önəmli ştatlarından biri sayılır.

Senatda qəbul olunan qanun Nümayəndələr Palatasından də keçərsə, Arizonada vergilər "Bitcoin", "Ethereum" və s. kriptovalyutalarla ödənilə biləcək. Qanuna əsasən, vergi idarəsi kriptovalyutalardakı kəskin dalğalanmalardan zərər görməmək üçün, ödənişləri 24 saat ərzində ABŞ dollarına çevirəcək.

Qanunun əsas dəstəkləyicisi olan respublikaçı senator Cef Veninger (Jeff Weninger) bildirib ki, "bu qanunla ABŞ-da olan hər bir insana və hətta dünyaya Arizonanın blokçeyn və digər kriptovalyutalar üçün zona olacağı siqnalını ötürdük".

Son xəbərlər

Orphus sistemi