İsveçrənin Sankt Moritz şəhərində Qar Polosu üzrə Dünya Kubokunun açılışı olub

İsveçrənin Sankt Moritz şəhərində Qar Polosu üzrə Dünya Kubokunun açılışı olub Qar Polosu Dünya Kuboku çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunur
Komanda
28 Yanvar , 2017 14:04
İsveçrənin Sankt Moritz şəhərində Qar Polosu üzrə Dünya Kubokunun açılışı olub

Bakı. 28 yanvar. REPORT.AZ/ İsveçrənin Sankt Moritz şəhərində 33-cü Qar Polosu üzrə Dünya Kubokunun açılışı olub.

Bu barədə “Report”a Heydər Əliyev Fondundan məlumat verilib.

Məlumata görə, Qar Polosu Dünya Kuboku çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunur. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkənin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunub.

Yarışların keçirildiyi meydança, çap materialları, idmançıların geyimləri, təqdimat və mükafatlandırma mərasimləri və təşkil olunan mətbuat konfranslarda Azərbaycanı təqdim edən “Land of Fire” loqotipi istifadə edilib.

Yarışların ikinci günündə qonaqlar üçün təşkil olunacaq “Baku Moritz” gecəsində isə qonaqlara Azərbaycan Kulinariya Mərkəzi tərəfindən hazırlanan milli mətbəximizin, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə musiqi proqramının təqdimatı olacaq.

Qeyd edək ki, 2020-ci ildə Beynəlxalq Polo Federasiyası tərəfindən keçiriləcək növbəti Polo üzrə Avropa çempionatı Qəbələ şəhərində təşkil olunacaq.

Xatırladaq ki, 2015-ci ildə Arena Polo üzrə birinci Avropa Çempionatı və 2013, 2014 və 2016-cı illərdə Arena Polo üzrə Dünya Kuboku Bakıda keçirilib. Azərbaycan Milli komandası Avropa Çempionatında qızıl medala layiq görülmüşdü. 

Son xəbərlər

Orphus sistemi