Ziya Bünyadov və Tbilisi prospektlərində avtomobillərin sıxlığı yaranıb

Ziya Bünyadov və Tbilisi prospektlərində avtomobillərin sıxlığı yaranıb Həmin istiqamətlərdə maşınların hərəkəti ləngdir
İnfrastruktur
15 Yanvar , 2016 09:17
Ziya Bünyadov və Tbilisi prospektlərində avtomobillərin sıxlığı yaranıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından Ziya Bünyadov prospekti (20 Yanvar Dairəsi) və Tbilisi prospektində (mərkəzə doğru) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, İnşaatçılar prospekti (Dövlət Statistika Komitəsinin qarşısı), Koroğlu Rəhimov küçəsi (Prezident İqamətgahının qarşısı), habelə Rəşid Behbudov küçəsi (Türkiyə səfirliyinin qarşısı) və Həsən Əliyev küçəsində (Tbilisi pr. istiqamətində) avtomobillərin sıxlığı müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi