​"Ural Hava Yolları" Sankt-Peterburqdan Lənkərana təyyarə reysi açır

​"Ural Hava Yolları" Sankt-Peterburqdan Lənkərana təyyarə reysi açır Bu marşrut üzrə ilk uçuş oktyabrın 29-da həyata keçiriləcək
İnfrastruktur
2 Oktyabr , 2015 11:40
​Ural Hava Yolları Sankt-Peterburqdan Lənkərana təyyarə reysi açır

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Ural Hava Yolları" şirkəti Sankt-Peterburqdan Lənkərana təyyarə reysi açır. "Report" şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu marşrut üzrə ilk uçuş oktyabrın 29-da baş tutacaq.

Uçuşlar həftənin cümə axşamı günləri həyata keçiriləcək. Sərnişinlərə rahat "Airbus" təyyarələri xidmət göstərəcək.

"Ural Hava Yolları" 2014-2015-ci illərdə sərnişindaşımalara görə Rusiyanın beş aparıcı aviaşirkəti sırasına daxil olub. Ötən il bu aviaşirkətin xidmətindən 5 milyon sərnişin yararlanıb. Şirkətin uçuş coğrafiyası 200-dən çox istiqaməti əhatə edir. 

Qeyd edək ki, "Ural Hava Yolları" şirkətinin avia-parkı 35 rahat "Airbus" təyyarəsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi