Ukrayna Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutu üçün səmərəli tariflər tətbiq etməyə hazırdır

Ukrayna Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutu üçün səmərəli tariflər tətbiq etməyə hazırdır Bunu Ukraynanın dövlət şirkətinin rəhbəri "Azərbaycan Dəmir Yolları"nın sədri ilə görüşdə deyib
İnfrastruktur
8 Sentyabr , 2017 10:10
Ukrayna Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutu üçün səmərəli tariflər tətbiq etməyə hazırdır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ukraynanın "Ukrzaliznıtsya" dövlət şirkəti Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutu boyunca daşımalar üçün bütün texniki məsələləri həll etməyə və münasib tarif şərtləri təmin etməyə hazırdır. 

"Report" Ukrayna mətbuatına istinadən məlumat verir ki, bunu "Ukrzaliznıtsya"nın rəhbəri Yevqeniy Kravtsov Odessada "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla görüşdə deyib. 

"Hökumət səviyyəsində marşrutun dəniz hissəsinə dair məsələnin həllinə yardım etməyə hazırıq. Eyni zamanda Ukraynada liman rüsumlarının azaldılmasına dair qərar qəbul edilib",- o bildirib. Y.Kravtsovun sözlərinə görə, bərələr bu marşrutun ayrılmaz hissəsi olmalıdır. 

Öz növbəsində C.Qurbanov bildirib ki, Cənub-Qərb marşrutu strateji əhəmiyyət kəsb edir və onun perspektivli inkişafı üçün Azərbaycan Astaradan Rəşt stansiyasına kimi dəmir yolu xəttinin tikintisində maraqlıdır.

Qeyd edək ki, Cənub-Qərb marşrutu yüklərin İran, Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa ərazisindən keçməklə Hindistandan Avropa İttifaqına və əks iqtiqamətdə çatdırılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi