Tbilisidə yeni metro stansiyası açılacaq

Tbilisidə yeni metro stansiyası açılacaq Layihənin icrası 33,9 mln. dollara başa gəlib
İnfrastruktur
1 Avqust , 2017 11:37
Tbilisidə yeni metro stansiyası açılacaq

Bakı. 1 avqust. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisiin Vake-Saburtalo rayonunda metronun yeni "Universitet" adlı stansiyası açılacaq. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, stansiya ilk sərnişinlərini gələn ayın əvvəlində qəbul edəcək. 

Tikintisinə 22 il əvvəl başlanmış stansiyada uzun illər iş görülməyib və yalnız 2015-ci ildə Asiya İnkişaf Bankının maliyyə vəsaiti hesabına layihənin icrası davam etdirilib. Stansiya 83 mln. lariyə (təqribən 33,9 mln. ABŞ dollarına) başa gəlib. 

Hazırda "Universitet" test rejimində fəaliyyət göstərir. 

Xatırladaq ki, Tbilisidə metro 11 yanvar 1966-cı il tarixində işə düşüb və keçmiş SSRİ-də Moskva, Leninqrad və Kiyevdən sonra sayca dördüncü metro olub. Hazırda Gürcüstan paytaxtında iki xətt üzrə 22 metro stansiyası var. Xətlərin ümumi uzunluğu 56,3 km-dir. 

Son xəbərlər

Orphus sistemi