Sabahdan Xətai rayonunda su problemi olacaq

Sabahdan Xətai rayonunda su problemi olacaq Məhdudiyyətlər "Ağ şəhər" yaşayış massivinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində olacaq
İnfrastruktur
6 Aprel , 2015 18:13
Sabahdan Xətai rayonunda su problemi olacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonu, Xəqani Rüstəmov küçəsindən keçən magistral su xətti üzərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar aprelin 7-də 09:00-dan etibarən gün ərzində Xocalı prospekti, Xəqani Rüstəmov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Report” “Azərsu”ya istinadən məlumat verir ki, suyun verilişində məhdudiyyətlər “Ağ şəhər” yaşayış massivinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində olacaq.

Son xəbərlər

Orphus sistemi