​Sabah Azərbaycanla-İran arasında dəmir yolu körpüsünün təməli qoyulacaq

​Sabah Azərbaycanla-İran arasında dəmir yolu körpüsünün təməli qoyulacaq Mərasimdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iştirak edəcək
İnfrastruktur
19 Aprel , 2016 10:15
​Sabah Azərbaycanla-İran arasında dəmir yolu körpüsünün təməli qoyulacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Astara şəhərində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, aprelin 20-də keçiriləcək təməlqoyma mərasimindən sonra Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının görüşü keçiriləcək. 

Görüşdə komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və iki ölkənin digər rəsmi şəxsləri iştirak edəcək.

Toplantıda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi