​Qara Qarayev prospektinin daha bir hissəsində hərəkət məhdudlaşdırılır

​Qara Qarayev prospektinin daha bir hissəsində hərəkət məhdudlaşdırılır Yoldakı hərəkət intensivliyi nəzərə alınaraq təmir işləri qısa müddətdə yekunlaşdırılacaq
İnfrastruktur
12 Avqust , 2016 17:58
​Qara Qarayev prospektinin daha bir hissəsində hərəkət məhdudlaşdırılır

Bakı. 12 avqust. REPORT.AZ/ Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 13-dən 14-nə keçən gecə Qara Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən (“Laçın” Ticarət Mərkəzi) Babək prospekti ilə kəsişməyədək olan hissəsındə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a bildirilib ki, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələri tövsiyyə edilir: "Baş verə biləcək narahatlığa görə “Azəravtoyol” vətəndaşlardan üzr istəyir".

Son xəbərlər

Orphus sistemi