Prezident Qubada yol tikintisinə 13 milyon manat ayırıb

Prezident Qubada yol tikintisinə 13 milyon manat ayırıb Bakı. 7 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev yanvarın 7-də Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
7 Yanvar , 2019 17:53
Prezident Qubada yol tikintisinə 13 milyon manat ayırıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev yanvarın 7-də Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi