Prezident İlham Əliyev Siyəzəndə avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb

Prezident İlham Əliyev Siyəzəndə avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
İnfrastruktur
9 Sentyabr , 2014 09:15
Prezident İlham Əliyev Siyəzəndə avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb
Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti ilham Əliyev “Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncamla 28 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi