Prezident Gəncə Avtomobil Zavodunun bir qrup əməkdaşını təltif edib - SİYAHI

Prezident Gəncə Avtomobil Zavodunun bir qrup əməkdaşını təltif edib - SİYAHI Bakı. 3 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev aprelin 3-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İnfrastruktur
3 Aprel , 2018 18:30
Prezident Gəncə Avtomobil Zavodunun bir qrup əməkdaşını təltif edib - SİYAHI

Bakı. 3 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev aprelin 3-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:

İsgəndərov Hümbət Rafiq oğlu

Qasımov Etibar Vilayət oğlu

Məmmədov Füzuli Ziyad oğlu

Səfərov Bəhlul Novruz oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında xidmətlərinə görə Kamran Qılman oğlu Nəzərova isə “Əməkdar mühəndis” fəxri adı verilib.

Son xəbərlər

Orphus sistemi