Bakı. 26 mart. REPORT.AZ/ Türkiyənin aşağı büdcəli aviaşirkəti – “Pegasus Hava Yolları” 167 ədəd yeni təyyarə almağı planlaşdırır.
“Report” türk mətbuatına istinadən xəbər verir ki, şirkət bu məqsədlə 22,12 mlrd. lirə (5,6 mlrd. ABŞ dolları) dəyərində investisiya təşviqi sənədi alıb.
Sənəd “Pegasus Hava Yolları”nın 7 il müddətinin sığorta haqqını hissə-hissə ödəməsini, eləcə də gömrük və vergi ödənişlərində aviaşirkətə güzəşt edilməsini nəzərdə tutur.