Bakı. 30 oktyabr. REPORT.AZ/ Noyabrın 9-da Moskvada MDB ölkələrinin intellektual mülkiyyətin hüquqi qorunması və müdafiəsi məsələləri üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Ötən il Şuranın iclası 20-22 avqust tarixlərində Düşənbədə baş tutub. İclasda Azərbaycan, Qırğızıstan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, MDB İcraiyyə Komitəsi, Ermənistan, Dünya İntellektual Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının səlahiyyətli nümayəndələri iştirak ediblər.