Meksika və Azərbaycan nəqliyyat sahəsində mümkün layihələri müzakirə ediblər

Meksika və Azərbaycan nəqliyyat sahəsində mümkün layihələri müzakirə ediblər Meksika səfiri Azərbaycanın nəqliyyat naziri ilə görüşüb
İnfrastruktur
6 Dekabr , 2015 12:53
Meksika və Azərbaycan nəqliyyat sahəsində mümkün layihələri müzakirə ediblər

Bakı. 6 dekabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini nəqliyyat naziri Ziya Məmmədov ilə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə Meksika-Azərbaycan əlaqələrinin inkişafı, həmçinin, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi zəruriyyəti qeyd olundu.

Z.Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verir, nəqliyyat sahəsində əməkdaşlığın intensivləşməsi üçün hüquqi bazanın yaradılmasının vacibliyini vurğuladı.

Səfir Labardini ölkəsinin nəqliyyat sistemindən söhbət edərək Meksikanın bu sahədə olan təcrübəsindən danışdı.

Tərəflər birgə layihələrin mümkün həyata keçirilməsi barədə fikir mübadiləsi aparıb, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair istəklərini ifadə etdilər.

Son xəbərlər

Orphus sistemi