Mayda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə 15 mln. ton yük aşırmaq mümkün olacaq

Mayda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə 15 mln. ton yük aşırmaq mümkün olacaq Bakı. 13 mart. REPORT.AZ/ “Qədim dövrdə karvan yollarının üstündə, təxminən, 40 km-dən bir karvansaraylar fəliyyət göstərirdi. Onları biz 1 ulduzlu otellərə bənzədə bilərik. Daha sonra həmin karvansaraylar inkişaf edərək 2-3 ulduzlu, tədricən isə 4-5 ulduzlu otellərə bənzədilər. Hazırda Azərbaycan 5 ulduzlu yol qovşağında yerləşir. 
İnfrastruktur
13 Mart , 2018 15:30
Mayda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə 15 mln. ton yük aşırmaq mümkün olacaq
Report/ Elchin Murad

Bakı. 13 mart. REPORT.AZ/ “Qədim dövrdə karvan yollarının üstündə, təxminən, 40 km-dən bir karvansaraylar fəliyyət göstərirdi. Onları biz 1 ulduzlu otellərə bənzədə bilərik. Daha sonra həmin karvansaraylar inkişaf edərək 2-3 ulduzlu, tədricən isə 4-5 ulduzlu otellərə bənzədilər. Hazırda Azərbaycan 5 ulduzlu yol qovşağında yerləşir". 

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransının nəqliyyat və loqistika prosedurlarının sadələşdirilməsi ilə bağlı panel iclasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

"Yaratdığımız limanda da bu üsuldan istifadə etmişik. Bu liman 100 hektar ərazidə yerləşir. Əvvəllər burada karqo aerodromu mövcud olub. Bakı Beynəlxalq Dəniz Təcaət Limanı ilə bağlı Milli Məclisdə qəbul edilmiş qanun çox unikal qanundur. Hətta Dubayda belə bir qanun yoxdur. Bu Xəzər dənizi hövzəsində ən böyük limandır. Onun inşaası bir neçə fazadan ibarətdir. May ayında liman 15 mln. ton yük aşırılması üçün hazır olacaq. Növbəti mərhələdə bu rəqəm 25 mln. tona çatdırılacaq", - deyə o qeyd edib. 

T.Ziyadovun sözlərinə görə, bu liman vasitəsilə təkcə Çin mallarının daşınmasında maraqlı deyillər: "Mayın 8-11-də Bakıda dəniz limanlarının böyük konfransı keçiriləcək. Burada bir sıra məsələlər müzakirə olunacaq". 

Son xəbərlər

Orphus sistemi