Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi yaradılıb

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi yaradılıb Mərkəzin fəaliyyətinin təmin olunması üçün 220 min manat vəsait ayrılıb
İnfrastruktur
29 Mart , 2018 01:50
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi yaradılıb

Bakı. 29 mart. REPORT.AZ/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu tərkibində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilib.

“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Prezidentin sərəncamına görə, Mərkəzin fəaliyyətinin təmin olunması üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 min manat vəsait ayrılıb.

Son xəbərlər

Orphus sistemi