Malena Mard: "Avropa İttifaqı Azərbaycana dəstək olacaq"

Malena Mard: "Avropa İttifaqı Azərbaycana dəstək olacaq" Avropa İttifaqı "Bakı Dəniz Ticarət Limanı"na texniki yardım göstərəcək
İnfrastruktur
22 Noyabr , 2016 13:51
Malena Mard: Avropa İttifaqı Azərbaycana dəstək olacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün ölkəyə dəstək olacaq. Bu məqsədlə Avropa İttifaqı "Bakı Dəniz Ticarət Limanı" QSC- yə texniki yardım göstərəcək. "Report"xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib. 

"Bu layihənin məqsədi Azərbaycanda yaradılan Dəniz Ticarət Limanının rəhbərliyi ilə möhkəm əməkdaşlığın bərqərar olmasıdır. Avropa İttifaqı dünyada mövcud olan beynəlxalq təcrübəni Azərbaycana gətirməyi nəzərdə tutur. Bakı limanının inkişafına dəstək vermək üçün beynəlxalq və yerli ekspertlərdən ibarət işçi qrupu yaradılacaq", - deyə M.Mard əlavə edib. 

Qeyd edək ki, Aİ-nin Bakı limanına texniki yardım layihəsinin müddəti 12 ay olacaq. Layihənin büdcəsi isə 262 min avro təşkil edir.

Son xəbərlər

Orphus sistemi