Kürdəxanıda məcburi köçkünlər üçün infrastrukturun yaradılmasına 24 mln. manat xərclənəcək

Kürdəxanıda məcburi köçkünlər üçün infrastrukturun yaradılmasına 24 mln. manat xərclənəcək Bakı. 17 mart. REPORT.AZ/ Məcburi Köçkünlərin Sosial-İnkişaf Fondu Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 800 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni yaşayış məhəlləsində infrastrukturun yaradılması ilə bağlı elan etdiyi 9 açıq tenderin nəticələrini açıqlayıb.
İnfrastruktur
17 Mart , 2018 14:11
Kürdəxanıda məcburi köçkünlər üçün infrastrukturun yaradılmasına 24 mln. manat xərclənəcək

Bakı. 17 mart. REPORT.AZ/ Məcburi Köçkünlərin Sosial-İnkişaf Fondu Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 800 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni yaşayış məhəlləsində infrastrukturun yaradılması ilə bağlı elan etdiyi 9 açıq tenderin nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, tenderin nəticələrinə əsasən, ərazidə xarici, məhəllədaxili rabitə şəbəkəsinin və paylayıcı şkaf üçün məntəqənin tikintisi işləri, eləcə də inzibati binanın və klub-icma mərkəzinin tikintisi işləri üçün “HTM Holdinq” MMC-yə müvafiq olaraq 248 min manat və 1,103 mln. manat, 1 və 2 №-li qazanxanaların, istilik şəbəkələrin və qaz təchizatı şəbəkəsinin tikintisi işləri üçün “Tunel Metro İnşaat” MMC-yə 2,256 mln. manat, su təchizatı, kanalizasiya sisteminin və suvarma şəbəkəsinin tikintisi işləri üçün “Azərsutəchizattikinti” ASC-yə 3,506 mln. manat, xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi işləri üçün “İnterenerqo” müəssisəsinə 3,997 mln. manat, mövcud 35/6 kV-luq 499 №-li yarımstasiyasının yenidən tikintisi və məhəllədə 2 ədəd 6/0,4 kV-luq Transformator məntəqələrin avadanlıqlarla birlikdə tikintisi işləri, eləcə də 35/6 kV-luq 499 №-li yarımstansiyasında 2 ədəd 25 МВА-lıq güc transformatorları və sahədaxili Transformator Məntəqələri üçün 4 ədəd 1 МВА-lıq güc transformatorları ilə təchiz edilməsi işləri üçün “АTEF Şirkətlər Qrupu” ММC-yə müvafiq olaraq 3,57 mln. manat və 1,499 mln. manat, 280 yerlik uşaq baxçasının tikintisi işləri üçün “Rabitəinşaat” ASC-yə 3,3 mln. manat, 560 şagird-yerlik məktəbin tikintisi işləri üçün isə “Nur Tikinti” MMC-yə 4,478 mln. manat, yəni ümumilikdə 23,957 mln. manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi