İran Astara-Astara dəmir yolu xəttinin çəkilişini yekunlaşdırıb

İran Astara-Astara dəmir yolu xəttinin çəkilişini yekunlaşdırıb Ümumi uzunluğu 2 225 metr olan dəmir yolu xəttinin çəkilişi hər iki ölkənin sərhəddində tamamlanıb
İnfrastruktur
30 Oktyabr , 2017 10:29
İran Astara-Astara dəmir yolu xəttinin çəkilişini yekunlaşdırıb
Mehrnews.com

Bakı. 30 oktyabr. REPORT.AZ/ İran ərazisində Astara-Astara dəmir yolu üzrə aparılan əməliyyatlar başa çatıb. “Report” xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, ümumi uzunluğu 2 225 metr olan dəmir yolu xəttinin çəkilişi hər iki ölkənin sərhəddində tamamlanıb.

Qeyd edək ki, beynəlxalq əhəmiyyətə malik olan bu dəmir yolu xətti iki ölkənin dəmir yolu sistemini birləşdirəcək.

Son xəbərlər

Orphus sistemi