​"Hill International" Azərbaycanda ən hündür göydələnin tikintisi layihəsinə yardım edəcək

​"Hill International" Azərbaycanda ən hündür göydələnin tikintisi layihəsinə yardım edəcək Müqavilənin "Hill International" şirkəti üçün təxminən 3,7 milyon ABŞ dollar məbləğində dəyəri var
İnfrastruktur
6 Oktyabr , 2015 12:16
​Hill International Azərbaycanda ən hündür göydələnin tikintisi layihəsinə yardım edəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Risklərin idarə edilməsi üzrə dünyada qlobal lider "Hill International" Azərbaycan paytaxtında inşa ediləcək Bakı Tower göydələninin tikintisi zamanı layihənin idarə olunması üçün məsləhətçi xidmətlərinin göstərilməsi ilə bağlı Azərbaycanın "Azvil tikinti MMC" şirkəti ilə müqavilə imzaladığını bildirib. Bu barədə "Report" "Nasdaq"a istinadən xəbər verir.

Müqavilənin "Hill International" şirkəti üçün təxminən 3,7 milyon ABŞ dollar məbləğində dəyəri var.

50 mərtəbəli kommersiya binası Azərbaycanda ən hündür tikili olacaq. "Hill" şirkətinin vəzifəsi tikintinin bütün mərhələlərində texniki nəzarəti, həmçinin keyfiyyətə və iş qrafikinə nəzarəti təmin etmək olacaq.

Qeyd edək ki, "Hill International" şirkətinin 100 ofisində 4 900 işçi çalışır.

Son xəbərlər

Orphus sistemi