Göyçayın 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

Göyçayın 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb Bakı. 9 mart. REPORT.AZ/ “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq, Göyçay rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
İnfrastruktur
9 Mart , 2018 14:40
Göyçayın 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

Bakı. 9 mart. REPORT.AZ/ “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq, Göyçay rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

"Report" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu münasibətlə Göyçay rayonunun Bığır kəndində keçirilən açılış mərasimində yerli icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “Azərsu”nun sədr müavini Seymur Seyidov iştirak ediblər. Bildirilib ki, ümumilikdə 170 kəndi əhatə edən layihələr çərçivəsində kəndlərdə su təchizatı infrastrukturları yaradılıb, 271 mindən artıq sakinin içməlu su problemi həll edilib və bu sahədə işlər bu il də davam etdiriləcək. 

Qeyd edək ki, sözügedən sərəncama uyğun olaraq Göyçay rayonunun Müskürlü, Çaxırlı, Yenikənd, Kürdşaban, Məlikkənd, Mollahacılı, İnçə, Aşağı Qaraməryəm, Alxasava, Çayarxı, Qarabaqqal, Hacılıkənd, Bığır və Alpout kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə 63 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 145 ədəd bulaq quraşdırılıb. Göyçay rayonunun 14 kəndində icra olunan layihələr ümumilikdə 40 min nəfərdən artıq sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.

Son xəbərlər

Orphus sistemi