Dünya Bankının nümayəndəsi Azərbaycanda səfərdədir

Dünya Bankının nümayəndəsi Azərbaycanda səfərdədir Menecer "Azərsu", "Meliorasiya və su təsərrüfatı", Nazirlər Kabinetində görüşlər keçirəcək
İnfrastruktur
5 Dekabr , 2016 13:07
Dünya Bankının nümayəndəsi Azərbaycanda səfərdədir

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Dünya Bankının (WB) su praktikası üzrə meneceri Maykl Heninin (Michael Haney) Azərbaycana səfiri başlayır. “Report” xəbər verir ki, səfər dekabrın 7-dək davam edəcək.

Məlumata görə, M.Heni “Azərsu” ASC, “Meliorasiya və su təsərrüfatı” ASC, Nazirlər Kabinetində və digər aidiyyəti qurumlarda görüşlər keçirəcək.

Qeyd edək ki, Bank “Milli su təchizatı və kanalizasiya xidmətləri Layihəsi” çərçivəsində Azərbaycanın bir sıra rayonlarının su təchizatı sisteminin yaxşılaşdırılması üçün maliyyə vəsaiti ayırıb.

Son xəbərlər

Orphus sistemi