​Dövlət Gömrük Komitəsinin sədri ATƏT-in Bakı Ofisinin nümayəndə heyətini qəbul edib

​Dövlət Gömrük Komitəsinin sədri ATƏT-in Bakı Ofisinin nümayəndə heyətini qəbul edib Qonaqlar “Hədəf” Mərkəzinin fəaliyyəti ilə tanış olublar
İnfrastruktur
11 Fevral , 2015 15:02
​Dövlət Gömrük Komitəsinin sədri ATƏT-in Bakı Ofisinin nümayəndə heyətini qəbul edib

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev ATƏT-in Bakı Ofisinin layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” DGK-yə istinadən xəbər verir ki, ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini vurğulayan Komitə sədri bu ilin sentyabrında X Beynəlxalq PICARD Konfransının da Bakı şəhərində gerçəkləşəcəyini diqqətə çatdırıb.

“Gömrük işində peşəkarlıq və inkişaf üçün əsas şərtlərdən biri də bu sahədə təhsilin və kadr hazırlığının təşkil edilməsidir”, - deyən A.Əliyev ötən il fəaliyyətə başlayan Dövlət Gömrük Komitəsi Akademiyası barədə də qonaqlara ətraflı məlumat verib.

A.Şaxtaxtinski müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə edib, ATƏT-in Bakı Ofisi ilə gömrük xidməti arasında əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Görüşdən sonra qonaqlar DGK “Hədəf” Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük proseduralarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1 000-dək kamera vasitəsilə birbaşa mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir. Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən nəqliyyat vasitələrinin texniki göstəriciləri də onlayn qaydada “Hədəf” Mərkəzinə daxil olur.

Son xəbərlər

Orphus sistemi