Bu ilin I rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində 13 mln. tona yaxın yük daşınıb

Bu ilin I rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində 13 mln. tona yaxın yük daşınıb Bakı. 4 may. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımalarının həcmi açıqlanıb.
İnfrastruktur
4 May , 2018 12:31
Bu ilin I rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində 13 mln. tona yaxın yük daşınıb

Bakı. 4 may. REPORT.AZ/  Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımalarının həcmi açıqlanıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 3 ay ərzində dəhlizin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12 765,2 min ton, yük dövriyyəsi isə 2 745,8 mln. ton-km olub.

Yüklərin 7 951,2 min tonu və yaxud 62,3%-i avtomobil nəqliyyatı, 2 939,2 min tonu və yaxud 23%-i dəmir yolu nəqliyyatı, 1 874,8 min tonu və yaxud 14,7%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,3%-ni və yaxud 2 586 min tonunu tranzit yüklər təşkil edib.

Son xəbərlər

Orphus sistemi