Bu gün Bakının və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Bu gün Bakının və Abşeronun bəzi ərazilərində su kəsiləcək Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Bakının Binəqədi, eləcə də Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrinə içməli suyun verilməsinə məhdudiyyət olacaq.
İnfrastruktur
30 Yanvar , 2019 09:28
Bu gün Bakının və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Bakının Binəqədi, eləcə də Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrinə içməli suyun verilməsinə məhdudiyyət olacaq. 

Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, suyun kəsilməsi magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 

Son xəbərlər

Orphus sistemi