BNA güclü küləklə bağlı sərnişinlərə müraciət edib

BNA güclü küləklə bağlı sərnişinlərə müraciət edib Bakı. 8 yanvar. REPORT.AZ/ “Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə xəbərdarlıq edir”.
İnfrastruktur
8 Yanvar , 2019 14:47
BNA güclü küləklə bağlı sərnişinlərə müraciət edib

Bakı. 8 yanvar. REPORT.AZ/ “Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə xəbərdarlıq edir”.

Bu barədə “Report”a BNA-dan daxil olan məlumatda bildirilir.

BNA-dan bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 9-da paytaxtda güclü külək olacağı ilə bağlı xəbərdarlıq edib: “Bunu nəzərə alaraq, sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”. 

Son xəbərlər

Orphus sistemi