BƏƏ tranzit reyslərini bərpa edir

BƏƏ tranzit reyslərini bərpa edir Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) hökuməti ölkənin hava limanları vasitəsilə tranzit uçuşlara icazə verəcək.
İnfrastruktur
4 İyun , 2020 12:55
BƏƏ tranzit reyslərini bərpa edir

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) hökuməti ölkənin hava limanları vasitəsilə tranzit uçuşlara icazə verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə əmirlik hökuməti “Twitter”də məlumat yayıb.

Amma dəqiq tarix hələlik göstərilməyib.

Qeyd edək ki, BƏƏ hava limanları vasitəsilə tranzit uçuşları yeni növ koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində mart ayında dayandırılmışdı.

Ölkədə indiyə qədər 36 mindən çox insan koronavirusa yoluxub, 19 mindən çox xəstə sağalıb, 270 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi