​Bakının mərkəzi küçələrindən biri yenidən qurulacaq

​Bakının mərkəzi küçələrindən biri yenidən qurulacaq Bu məqsədlə "Azəryolservis" aidiyyəti qurumlara müraciət edib
İnfrastruktur
13 Mart , 2015 14:46
​Bakının mərkəzi küçələrindən biri yenidən qurulacaq

Bakı. 13 mart. REPOERT.AZ/ Bakı şəhərinin Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsinin 4 hərəkət zolağına uyğun yenidən qurulması planlaşdırılır.

Bu haqda "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda tikinti altına düşən maneələr (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) barədə məlumatların toplanılmasına başlanılıb: "Sözügedən yolun salınması ilə bağlı "Azəryolservis" ASC aidiyyəti qurumlardan cəmiyyət ilə razılaşdırmadan həmin ərazidə həyata keçirilən bütün növ tikinti işlərinin dayandırılmasını xahiş edir".

Son xəbərlər

Orphus sistemi