​Bakının mərkəzi küçələrində tıxac yaranıb

​Bakının mərkəzi küçələrində tıxac yaranıb Hazırda bu yollarda nəqliyyat vasitələri ləng hərəkət edir
İnfrastruktur
19 Mart , 2015 09:41
​Bakının mərkəzi küçələrində tıxac yaranıb

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin bir sıra əsas və kənar küçələrində nəqliyyatın sıxlığı müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesinin şəhər istiqamətində, Xətai prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsində tıxac yaranıb.

Bundan başqa, Badamdar şosesi, Cəfər Cabbarlı küçəsi, Heydər Əliyev prosepekti, Rəşid Behbudov küçəsinin 28 May küçəsi ilə kəsişməsində də nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Qeyd edək ki, hazırda Bülbül prospekti bağlıdır.

Son xəbərlər

Orphus sistemi