​Bakıda bəzi avtobus marşrutları dəyişdiriləcək

​Bakıda bəzi avtobus marşrutları dəyişdiriləcək Bu istiqamətdə hazırda planlama işləri aparılır
İnfrastruktur
29 İyun , 2015 11:00
​Bakıda bəzi avtobus marşrutları dəyişdiriləcək

Bakı. 29 iyun. REPORT.AZ/ Bakı şəhər və şəhərətrafı marşrut xətlərində aparılan təkmilləşdirmə işləri və "Bakı 2015" I Avropa Oyunları zamanı şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar paytaxtdakı müəyyən marşrut xətlərində edilən dəyişiklilər üzərində hazırda iş gedir.

Bu haqda "Report"a "Bakı Sərnişin Daşımaları" MMC-dən məlumat verilib. 

Bildirilib ki, avtobusların hazırkı marşrutlarla sərnişindaşımaları iyulun 1-dək bu qaydada həyata keçiriləcək: "Bu, bir qədər vaxt aparan prosesdir. Müəyyən marşrutlar olduğu kimi qalacaq, digərlərinin isə xətlərində dəyişiklik ediləcək. Bura "BakuBus" MMC-nin də avtobuslarının qoşulacağı istisna edilmir". 

Son xəbərlər

Orphus sistemi