Bakı yollarında intensiv hərəkət müşahidə olunur

Bakı yollarında intensiv hərəkət müşahidə olunur Mərkəzi küçələrdə sıxlıq müşahidə edilmir
İnfrastruktur
14 Aprel , 2016 08:15
Bakı yollarında intensiv hərəkət müşahidə olunur

Bakı. 14 aprel.REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin yollarında nəqliyyat vasitələri intensiv hərəkət edir.

"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda A.Bakıxanov küçəsi (Türkiyə səfirliyi istiqamətində), Ziya Bünyadov küçəsi (hər iki istiqamətdə), Ü.Hacıbəyov küçəsi, habelə R.Behbudov küçəsi (Mərkəzi Bankın qarşısında), Yusif Səfərov küçəsi (Müasir İncəsənət Muzeyinin qarşısında) və İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısında) avtomobillərin intensiv hərəkəti müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi