Bakı-Sumqayıt-Bakı elektrik qatarının milyonuncu sərnişini məlum olub

Bakı-Sumqayıt-Bakı elektrik qatarının milyonuncu sərnişini məlum olub 1 milyonuncu sərnişin biznes-sinif vaqonundan 2 ay pulsuz istifadə edəcək
İnfrastruktur
6 Yanvar , 2017 18:24
Bakı-Sumqayıt-Bakı elektrik qatarının milyonuncu sərnişini məlum olub

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu gün Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən 1 milyonuncu (1 000 000) sərnişinin adı bəlli olub. 

"Report" xəbər verir ki, sertifikatın sahibi əslən Şəmkir rayonundan olan Bakı Dövlət Universitetinin “Kitabxanaşünaslıq-informasiya” fakültəsinin tələbəsi Leyla İsrayıl qızı Hüseynzadədir.

Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov bildirib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları 12 sentyabr 2015-ci ildən hərəkətə başlayıb. “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfortlu"KİSS" markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artır.

Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə gün ərzində daşınan sərnişinlərin sayı 5 000-ni keçib.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Bakı Dövlət Universitetinin tələbəsi Leyla Hüseynzadəni 1 000 000-cu (bir milyonuncu) sərnişin olması münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi adından təbrik edib, biznes-sinif vaqonunda 2 (iki) ay ərzində pulsuz gediş sertifikatı, planşet və gül dəstəsi təqdim edib.

“Azərbaycan Dəmir Yolları” QSC gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdirəcəyini bildirir. 

Son xəbərlər

Orphus sistemi