​Bakı metrosunda iş saatları dəyişdiriləcək

​Bakı metrosunda iş saatları dəyişdiriləcək Bu, iyun ayında baş verəcək
İnfrastruktur
9 Aprel , 2015 14:34
​Bakı metrosunda iş saatları dəyişdiriləcək

Bakı. 9 aprel. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-də iş saatları dəyişdiriləcək. Bu, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları zamanı baş tutacaq. Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq yarışlar zamanı sərnişinlərin maneəsiz və rahat hərəkətinin təşkil edilməsi məqsədilə iyunun 12-28-də metronun iş saatları artırılacaq: "Belə ki, həmin tarixlərdə metronun iş saatı saat 06:00-dan saat 01: 00-a qədər uzadılacaq. Lakin keçiriləcək I Avropa Oyunlarının açılış və bağlanış günü metronun iş saatı gecə saat 02:00-a qədər artırıla bilər".

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin adi günlərdə iş saatları saat 06:00-24:00-dır. 

Son xəbərlər

Orphus sistemi