Bakı Metropoliteninin stansiyalarından birində bağlanan xətt açılıb

Bakı Metropoliteninin stansiyalarından birində bağlanan xətt açılıb Stansiyada təmir işləri vaxtından öncə bitib
İnfrastruktur
22 Sentyabr , 2015 09:27
Bakı Metropoliteninin stansiyalarından birində bağlanan xətt açılıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının təmirə bağlanan ikinci xətti açılıb. "Report"un xəbərinə görə, bu gün səhər saatlarından stansiyanın ikinci xətti sərnişinlərin istifadəsinə verilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a məlumatı təsdiqləyib. O bildirib ki, qatarlar arasında interval da əvvəlki vəziyyətə qaytarılıb, yəni, 10 dəqiqədən 8 dəqiqəyə qədər azaldılıb.

Qeyd edək ki, fevralın 9-da bağlanan xəttin bu ilin sonuna qədər açılması planlaşdırılırdı, lakin təmir işləri vaxtından qabaq yekunlaşdırılıb.

Xatırladaq ki, bundan əvvəl də hər iki xətt mütəmadi istifadə olunmurdu, bir xətdən gələn qatar digəri ilə yola salınırdı. Tunel boya işləri və korroziyanın yol açdığı bəzi problemlərlə əlaqədar sağlamlaşdırma işləri üçün bağlanmışdı. 

Son xəbərlər

Orphus sistemi