Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Aİ ilə yeni layihənin icrasına başlayıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Aİ ilə yeni layihənin icrasına başlayıb Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihənin açılış mərasimi keçirilib. 
İnfrastruktur
16 Mart , 2018 11:28
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Aİ ilə yeni layihənin icrasına başlayıb
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov / Report

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihənin açılış mərasimi keçirilib. 

"Report" xəbər verir ki, mərasimdə iştirak edən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib ki, layihə 2 il müddətində həyata keçiriləcək. 

Onun sözlərinə görə, dəyəri 1 mln. avro olan layihə liman potensialının artırılmasına, Aİ-na üzv ölkələrin limanları ilə əlaqələrin genişləndirilməsinə xidmət edəcək. 

T.Ziyadov onu da deyib ki, bu ilin sonuna qədər Azad Ticarət Zonasında şirkətlərin qeydiyyatına başlanıla bilər. 

Son xəbərlər

Orphus sistemi