Azərbaycandan 100 nəfər Almaniya vətəndaşı ölkələrinə göndərildi

Azərbaycandan 100 nəfər Almaniya vətəndaşı ölkələrinə göndərildi Almaniyanın “Lufthansa” aviaşirkəti çarter reysi ilə 100 nəfər Almaniya vətəndaşının Azərbaycandan Hamburq şəhərinə çatdırılmasını təmin edib.
İnfrastruktur
19 Mart , 2020 16:06
Azərbaycandan 100 nəfər Almaniya vətəndaşı ölkələrinə göndərildi

Almaniyanın “Lufthansa” aviaşirkəti çarter reysi ilə 100 nəfər Almaniya vətəndaşının Azərbaycandan Hamburq şəhərinə çatdırılmasını təmin edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Almaniyanın Azərbaycandakı səfirliyi yayıb.

Məlumata görə, vətəndaşların göndərilməsi Almaniyanın Hamburq Senatının və Federal Xarici İşlər Nazirliyinin dəstəyi ilə reallaşıb.

Səfirlik Almaniya vətəndaşlarının ölkədən göndərilmə prosesində iştirak edən Azərbaycanın dövlət qurumlarına, Heydər Əliyev Hava Limanına və “Lufthansa” aviaşirkətinə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi