Azərbaycanda yük vaqonlarının qaimələri elektron formada təqdim olunacaq

Azərbaycanda yük vaqonlarının qaimələri elektron formada təqdim olunacaq Artıq Yalama stansiyasında xüsusi proqram təminatı istifadəyə verilib
İnfrastruktur
7 Dekabr , 2015 09:55
Azərbaycanda yük vaqonlarının qaimələri elektron formada təqdim olunacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanda dəmir yolunun sərhər-keçid məntəqəsində məlumat mübadiləsi elektron formada həyata keçiriləcək. Bu məqsədlə Məlumat Hesablama Mərkəzi uyğun proqram təminatı işləyib hazırlayıb və hazırda proqram təminatı Yalama stansiyasında təcrübi istismara verilib. Bu, "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda bildirilir.

Layəhəyə uyğun olaraq, yaxın zamanlarda şimal sərhədində qatar mübadiləsi zamanı yük vaqonlarının qaimələri qarşı tərəfə elektron formada təqdim olunacaq. Gələcəkdə bu proqram təminatının bütün stansiyalar üzrə istismarının təmin edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Dəmir yolu nəqliyyatı vasitəsilə Gömrük İttifaqı üzv dövlətləri arasında daşınan yüklər haqqında məlumatların qarşı tərəfin gömrük orqanlarına məcburi olaraq qabaqcadan ötürülməsi haqqında” Avrasiya İqtisadi Komissiyasının 17 sentyabr 2013-cü il tarixli qərarı və Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyasının 14-cü iclasının protokol layihəsinə uyğun olaraq, İşçi Qrupu ekspetlərinin iclasının qərarlarını yerinə yetirmək məqsədilə 12 sentyabr 2014-cü il tarixində “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC Məlumat-Hesablama Mərkəzinin nümayəndələri arasında görüş keçirilib.

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 21-22 oktyabr 2014-cü il Bakıda çağırılan 61-ci iclasında “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC arasında məlumat mübadiləsi haqqında saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi