Azərbaycanda ​yaşayış evlərinin tikintisi üzrə qiymətlər sabit qalıb

Azərbaycanda ​yaşayış evlərinin tikintisi üzrə qiymətlər sabit qalıb Sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8% bahalaşma müşahidə olunub
İnfrastruktur
7 Fevral , 2015 11:37
Azərbaycanda ​yaşayış evlərinin tikintisi üzrə qiymətlər sabit qalıb

Bakı. 7 fevral. REPORT.AZ/ Ötən ilin IV rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,3% bahalaşıb. 

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,3%, yol və körpü tikintisində isə 0,2% bahalaşma müşahidə edilib.

Ötən ilin IV rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə eyni səviyyədə qalıb, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8% bahalaşıb.

Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,4%, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,8% artıb.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8% bahalaşma müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi