​Azərbaycanda daşınmaz əmlak ucuzlaşa bilər

​Azərbaycanda daşınmaz əmlak ucuzlaşa bilər Yaxın aylar üçün qiymət sabitliyi proqnozlaşdırılsa da, ilin sonunadək qiymətlər azalmağa başlaya bilər
İnfrastruktur
4 Aprel , 2015 12:50
​Azərbaycanda daşınmaz əmlak ucuzlaşa bilər

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiyanın paytaxtı, Moskva şəhərində daşınmaz əmlakın qiymətləri son 7 il ərzində təxminən 3 dəfə azalıb. "Monetarism.ru" saytının verdiyi rəqəmlərə əsasən, 1998-ci ildə Rusiyada baş verən kəskin devalvasiya nəticəsində 1 otaqlı evlərin hər 1 kv. metr üçün qiyməti 400 ABŞ dollarına enib. Daha sonra neftin qiymətinin sürətlə yüksəlməsi və iqtisadi artım fonunda qiymətlər 2008-ci ildə 7 000 dollar/ kv.m-ə qədər artıb. Sonrakı, 2008-2014-cü illərdə 4 000-5 000 dollar diapazonunda dalğalanan qiymətlər 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində baş verən rublun sürətli devalvasiyası ilə 2 600 dollarına qədər geriləyib. Ötən ilin sonunda qiymət 200 min rubl/kv.m-ə qədər yüksəlsə də, bu tendensiya qısamüddətli olub və qiymətlər yenidən azalmağa başlayıb. Hazırda rublla 1 otaqlı evin hər 1 kv.m üçün qiyməti 150 min rubla yaxındır.

"Report" xəbər verir ki, Azərbaycanda milli valyutanın kəskin devalvasiyasından sonra daşınmaz əmlak bazarında qiymətlər hələ dəyişməyib və qarşıdakı aylar üçün də sabitlik proqnozlaşdırılır. Bunu manatın devalvasiyasının bazara təsirini "Report"a şərh edən "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimov bildirib. Nəticədə, evlərin qiyməti dollar ekvivalentində 35% geriləyib. İlin sonuna doğru neftin qiymətində müsbət dəyişiklik olmasa, evlərin qiyməti yenidən düşməyə davam edəcək. Ötən ilin sentyabr ayında Bakı şəhərində evlərin hər 1 kv.m-i üçün ortalama qiymət 2 100 dollar olubsa, hazırda qiymət 1 400 dollardır. Ortamüddətli perspektivdə isə qiymətlərin 700 dollara qədər düşəcəyi istisna edilmir.

Son xəbərlər

Orphus sistemi